"Sabah" "Naxçıvan"la üz-üzə, "Gəncə" "Sumqayıt"ı qəbul edəcək
06.04.2025 - 13:02
"Sabah" "Naxçıvan"la üz-üzə, "Gəncə" "Sumqayıt"ı qəbul edəcək

2024/25-ci illər mövsümü Azərbaycan Basketbol Liqasında (ABL) qrup mərhələsi başa çatır.

Apasport.az xəbər verir ki, bu gün XX turun son iki qarşılaşması keçiriləcək.

Əvvəlcə A qrupunun liderləri "Sabah" və "Naxçıvan" üz-üzə gələcək. Daha sonra B qrupunda "Gəncə" "Sumqayıt"ı qəbul edəcək.

Azərbaycan Basketbol Liqası
XX tur
A qrupu
6 aprel
12:30. "Sabah" - "Naxçıvan"

Bakı İdman Sarayı

B qrupu
6 aprel
14:00 "Gəncə" - "Sumqayıt"

Gəncə İdman Sarayı