“Sabah”ın son rəqibi bəlli oldu
25.09.2025 - 09:44

"Sabah" basketbol klubunun sonuncu rəqibi də bəlli olub.
Apasport.az xəbər verir ki, "Elan Şalon" seçmə qrupun finalında İspaniyanın "Mursiya" klubunu 96:88 hesabı ilə məğlub edərək Çempionlar Liqasının əsas mərhələsinə yüksəlib.
Üçqat Azərbaycan çempionu B qrupunda “Alba” (Almaniya), “Nimburk” (Çexiya) və “Elan Şalon” (Fransa) ilə qarşılaşacaq. Bu, Azərbaycan basketbolunun Çempionlar Liqasının qrup mərhələsində debütüdür.
Mövsümün oktyabrın 7-də başlaması planlaşdırılır.
0
0