“Şəki”də yeni təyinat
24.09.2025 - 10:43
"Şəki" basketbol klubunun əsas komandasının məşqçilər korpusuna yeni təyinat olub.
Apasport.az xəbər verir ki, bunu Şimal təmsilçisinin mətbuat xidməti açıqlayıb.
Ötən mövsüm U-12 komandasının baş məşqçisi olmuş Ceyhun Həsənli bundan sonra həm də əsas komandanın məşqçilər korpusunda yer alacaq.
23 yaşlı mütəxəssis baş məşqçi Bedri Meriçə köməklik edəcək. O, həm də "Şəki"nin U-12 komandasında işini davam etdirəcək.
Qeyd edək ki, ötən il "Şəki"də köməkçi məşqçi Vüqar Musayev idi.
- Tatumdan 41 xal, “Boston”dan qələbə – NBA-da gecənin nəticələri
- 43 yaşında yeni peşə: NBA-nın sabiq ulduzu polis oldu
- Alperen Şengündən 20 xal, “Hyuston”dan qələbə – NBA-da günün nəticələri
- Polina Şukinadan Sinqapurda uğur
- Azərbaycan ilk dəfə oğlanlar arasında basketbol üzrə U-20 Avropa çempionatına ev sahibliyi edəcək
0
0