“Şəki”nin kapitanı mükafatlandırılıb
18.04.2025 - 12:33
“Şəki”nin kapitanı Roti Veyr Azərbaycan Basketbol Liqasının B qrupu üzrə ən dəyərli oyunçu (MVP) seçilib.
Apasport.az xəbər verir ki, bu münasibətlə Azərbaycan Basketbol Federasiyası “Gəncə” ilə pley-off matçından öncə amerikalı oyunçunu mükafatlandırıb.
Qeyd edək ki, Roti Veyr XV (“Lənkəran”la oyun – 33 xal), XVI (“Ordu” ilə matç – 33 xal) və XX turda (“Lənkəran”la görüş – 23 xal) da ən yaxşı basketbolçu adına layiq görülmüşdü.
- “Əvvəl diplom, sonra milyonlar” – NBA əfsanəsindən övladlarına şərt
- Alperendən 19 xal, "Hyuston"dan növbəti qələbə – NBA-da günün nəticələri
- “Neftçi” Yunanıstan klubuna qalib gəldi - YENİLƏNİB
- Azərbaycan millisi Avropa çempionatına ağır məğlubiyyətlə başladı
- ÇL: “Sabah” “Trabzonspor”a qalib gəldi - YENİLƏNİB
0
0