![Tahir Baxşıyev: “Müdafiə üzərində işləyəcəyik”](https://apasport.az/storage/news/2025/february/07/big/67a65c8a3848167a65c8a38482173895591467a65c8a3847e67a65c8a3847f.jpeg)
"İlk iki periodda komandanın oyunundan razı qalmadım. Xüsusilə də müdafiədən. Hücumda heç bir problem yoxdur".
Apasport.az xəbər verir ki, bunu NTD komandasının baş məşqçisi Tahir Baxşıyev deyib.
O, Azərbaycan Basketbol Liqasının XIV turunda “Sabah”a 85:96 hesablı məğlubiyyəti şərh edib:
“Bu gün 85 xal topladıq. Avropa basketbolunda bu yaxşı göstəricidir. Amma eyni zamanda rəqibə 96 xal verdik. Hətta "Neftçi"yə qarşı keçirdiyimiz son matçda rəqibə 100 xal toplamağa imkan vermişdik. Müdafiə üzərində işləyəcəyik. Bu çox vacibdir. Xəstəlik səbəbindən Detrek Brauninq oyunu buraxdı. O, çox vacib basketbolçudur. Amma uşaqlar da yaxşı oynadılar. Onlar təslim olmadılar. Matçdan əvvəl mən demişdim ki, müdafiədə sərt oynamalıyıq, cərimə etməkdən qorxmamalıyıq. Matçın əvvəlində oyunçular bunu etmirdilər. Amma fasilədən sonra müdafiədə daha sərt oynamağa başladılar. Geridönüş alınmadı, amma düşünürəm ki, növbəti matçlarda daha yaxşı oynayacağıq”.