Tariyel Yusifzadə yenidən "Gəncə"də
14.08.2026 - 11:54
"Gəncə" daha bir yerli basketbolçu ilə müqavilə bağlayıb.
Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Tariyel Yusifzadə ilə qarşıdakı mövsümün sonuna kimi anlaşma imzalanıb.
Basketbolçu 2023-2024-cü illərdə keçirilən çempionatda da "sarı-göy" formanı geyinib. O, Gəncə təmsilçisində 16 nömrəli formada çıxış edəcək.
Qeyd edək ki, ötən mövsümü "Ordu"da keçirən hücumçu 18 və 20 yaşlılardan ibarət yığmalarımızın da şərəfini qoruyub.
0
0