U16 basketbol millimizin Avropa çempionatında oyun cədvəli məlum olub
07.08.2026 - 23:32
U16 basketbol millimizin Avropa çempionatında oyun cədvəli məlum olub

U16 qızlardan ibarət millimiz FIBA U16 Qadınlararası Avropa Çempionatının B divizionunda Slovakiya və İsveç yığmaları ilə qarşılaşacaq.

Apasport.az xəbər verir ki, yarış mini-turnir formatında keçiriləcək. 

Qrup mərhələsindən sonra yarımfinal və final oyunları baş tutacaq. Turnirin qalibi isə 2027-ci ildə A divizionuna yüksələcək.

Turnir 10-15 avqust aralığında Slovakiyada baş tutacaq.