NTD basketbol klubunun yeni transferi Kevin Allen klubun mətbuat xidmətinə açıqlama verib.
Apasport.az xəbər verir ki, o, Azərbaycan çempionatına keçidi haqda fikirlərini bölüşüb:
“NTD-yə keçməmişdən əvvəl mən İordaniya klubunda oynayırdım. Danışıqlar bir neçə həftə davam etdi. Mən məşqçi və klubun meneceri ilə danışdım. Onlar mənə Azərbaycana gəlmək imkanından bəhs etdilər. Mən ilk dəfədir Azərbaycandayam. Gəlməzdən əvvəl ölkə və klub haqqında müəyyən məlumatlar öyrəndim. Deyə bilərəm ki, klub haqqında çox müsbət rəylər eşitmişəm. NTD yaxşı komandadır və pley-offa çıxa bilər. Şəxsi məqsədlərimə gəldikdə isə, mən Azərbaycan basketbol liqasında dominantlıq etmək və çempion olmaq istəyirəm”.
- Millimiz Lüksemburqla qarşılaşacaq
- Azərbaycan millisi Lüksemburqa 12 oyunçu ilə yollandı
- Azərbaycanın basketbol hakimləri Avropa çempionatlarına təyinat alıblar
- Azərbaycanın U-20 basketbol millisi ilk dəfə Avropa çempionatında çıxış edəcək
- “Neftçi” Dünya Seriyasında yarımfinalın bir addımlığında dayandı