Yokiçdən tarixi rekord
19.05.2023 - 22:50
Yokiçdən tarixi rekord

“Denver”in basketbolçusu Nikola Yokiç NBA pley-offunun tarixinə düşüb.

Apasport.az saytı xəbər verir ki, serbiyalı idmançı ardıcıl 4 oyunda tripl-dabl edən ilk oyunçu olub.

Nikola “Leykers”lə görüşdə 23 xal qazanıb, 17 götürmə və 12 məhsuldar ötürmə ilə yadda qalıb. Onun pley-offdakı nəticələri də kifayət yüksəkdir: orta hesabla 30,4 xal, 13,8 götürmə, 10,2 ötürmə.

Qeyd edək ki, “Denver” seriyada 2:0 öndədir.

0