ABŞ millisinin üzvündən tarixi göstərici - Mundiallarda ilkə imza atdı
13.06.2026 - 12:47
ABŞ millisinin üzvündən tarixi göstərici - Mundiallarda ilkə imza atdı

ABŞ millisinin müdafiəçisi Kris Riçards DÇ-2026-da tarixi göstəriciyə imza atıb.

Apasport.az xəbər verir ki, 26 yaşlı futbolçu qrup mərhələsinin ilk turunda Paraqvaya qarşı keçirilən oyunda 90 dəqiqə meydanda olub.

Riçards ABŞ-nin 4:1 hesablı qələbə qazandığı görüşdə 83 ötürmə yerinə yetirib. Onun bütün ötürmələri ünvanına çatıb.

ESPN-in məlumatına görə, dünya çempionatlarında bu statistikanın hesablanmağa başlanıldığı 1966-cı ildən bəri heç bir futbolçu bir oyunda ən azı 80 ötürmə edib və 100 faizlik dəqiqliyi qoruyub saxlaya bilməmişdi.

Beləliklə, Kris Riçards mundiallar tarixində bu göstəriciyə nail olan ilk futbolçu olub.