Afrika Millətlər Kubokunda qrup mərhələsinin növbəti oyunları keçirilib.
Apasport.az xəbər verir ki, turun ən məhsuldar qarşılaşmasında Nigeriya millisi Tunis üzərində 3:2 hesablı qələbə qazanıb. Nigeriyalı futbolçular oyuna üstün başlayaraq üç qolla vacib üstünlük əldə ediblər.
Oyunda hesab 44-cü dəqiqədə "Qalatasaray"ın hücumçusu Viktor Osimhenin qolu ilə açılıb. Ardınca 50-ci dəqiqədə "Beşiktaş"ın futbolçusu Vilfred Ndidi fərqlənərək Nigeriyanın üstünlüyünü artırıb. 67-ci dəqiqədə Ademola Lukman üçüncü qolu vuraraq fərqi iki topa çatdırıb.
Tunis millisi də təslim olmayıb. 74-cü dəqiqədə Montassar Talbi fərqi azaldıb. 87-ci dəqiqədə isə Əli Abdi penaltidən dəqiq zərbə ilə fərqi minimuma endirib.
Digər matçlarda isə aşağıdakı nəticələr qeydə alınıb:
Mərakeş – Mali – 1:1
Benin – Botsvana – 1:0
Seneqal – DR Konqo – 1:1
Uqanda – Tanzaniya – 1:1
- “Nyukasl” - “Qarabağ” oyunu üçün vauçerlər satışa çıxarıldı
- “Qarabağ”ın matçı üçün İngiltərəyə getmək istəyənlər: Diqqət!
- “Nyukasl”ın “Qarabağ”la matçlar üçün HEYƏTİ
- MOK-dan etiraz: “Arsax” adlı musiqinin istifadəsindən narahatıq"
- “Qalatasaray”a "Yuventus"a qarşı oyunlarda onlar kömək edəcək: 3 yeni futbolçu