Bu gün Avropa Liqasının III təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib.
Apasport.az xəbər verir ki, tədbir UEFA-nın İsveçrənin Nyon şəhərində yerləşən mənzil-qərargahında baş tutub.
Püşkatmada Azərbaycan çempionu "Qarabağ"ın da potensial rəqibləri müəyyənləşib. Belə ki, Ağdam təmsilçisi Çempionlar Liqasının II təsnifat mərhələsində İrlandiya klubu "Şelburn"a uduzarsa, yoluna Avropa Liqasında davam edəcək.
"Köhlən atlar" burada "Riyeka" (Xorvatiya) - "Ludoqorets" (Bolqarıstan) cütünün məğlubu ilə qarşılaşacaq.
III mərhələnin ilk oyunları avqustun 7-də, cavab görüşləri bir həftə sonra baş tutacaq.
Qeyd edək ki, "Qarabağ" II təsnifat mərhələsində "Şelburn"la ilk oyununu iyulun 23-də səfərdə, cavab görüşünü iyulun 30-da evdə keçirəcək.
- Son baş məşqçinin göstəricisini təkrarladı
- Cənubi Koreya - Çexiya oyununun ən yaxşı futbolçusu açıqlanıb
- DÇ-2026: Cənubi Koreyadan geridönüş - YENİLƏNİB
- DÇ: 104 oyunun hamısı canlı yayımlanacaq - 92-si İTV-də, 12-si CBC Sport-da
- İnfantino ABŞ-la bağlı peşman deyil: “Problemlərlə məşğul olmağa öyrəşmişəm”