Amerika Kubokunun sahibi Argentina oldu
15.07.2024 - 08:45
Amerika Kubokunun sahibi Argentina oldu

Futbol üzrə Amerika Kubokunun final mərhələsi çərçivəsində Argentina və Kolumbiya milli komandaları qarşılaşıb.

Apasport.az xəbər verir ki, həlledici matçın əsas vaxtında qapılar toxunulmaz qalıb.

Matçın 112-ci dəqiqəsində Lautaro Martinez matçın yeganə qolu vuraraq qarşılaşmanın taleyini həll edib. 

Bununla da Argentina millisi Amerika Kubokunun qalibi olub.

Qeyd edək ki, komanda 2021-ci ildə Braziliyada keçirilən Amerika Kubokundan da birinciliklə ayrılıb. 

 

0