Antoni Elanqa: “Qarabağ” qeyri-adi komandadır”
17.02.2026 - 21:15
Antoni Elanqa: “Qarabağ” qeyri-adi komandadır”

Çempionlar Liqasının pley-off mərhələsində "Qarabağ" "Nyukasl"ı qəbul edəcək.

Apasport.az xəbər verir ki, oyundan öncə qonaqların futbolçusu Antoni Elanqa mətbuat konfransında iştirak edib.

"Qarabağ" qeyri-adi komandadır, güclü kollektivi var. Bizim də komandamız güclüdür. Komanda şəklində oynayırıq. Gələcəyə pozitiv baxırıq. Sabahkı oyuna fokuslanmışıq. Qarşılaşmaya ciddi hazırlaşmışıq. "Qarabağ"ın da ambisiyaları böyükdür. Çalışacağıq, bu səddi aşaq və bacardığımız qədər irəli gedək. "Qarabağ"ın "24-lük"də olması məni təəccübləndirmədi. Onların potensialını bilirik. "Kopenhagen" və "Çelsi" ilə matçları diqqətimizi çəkdi. Bilirik ki, asan olmayacaq. Çempionlar Liqasında asan rəqib yoxdur".