Arda Turan qırmızı vərəqə ilə cəzalandırılıb - VİDEO
15.08.2025 - 00:19
UEFA Avropa Liqasında III təsnifat mərhələsi davam edir.
Apasport.az xəbər verir ki, hazırda "Şaxtyor" "Panatinaikos"la qarşılaşır.
Matçın 82-ci dəqiqəsində Ukrayna təmsilçisinin baş məşqçisi Arda Turan meydandan kənarlaşdırılıb. O, hakimin qərarına etiraz əlaməti olaraq referinin üzərinə gedib. Nəticədə mütəxəssis qırmızı vərəqə ilə cəzalandırılıb.
Qeyd edək ki, matçın qalibi 90 dəqiqədə müəyyənləşməyib. Tərəflər əlavə vaxtda mübarizəni davam etdirirlər.
- “Nyukasl” - “Qarabağ” oyunu üçün vauçerlər satışa çıxarıldı
- “Qarabağ”ın matçı üçün İngiltərəyə getmək istəyənlər: Diqqət!
- “Nyukasl”ın “Qarabağ”la matçlar üçün HEYƏTİ
- MOK-dan etiraz: “Arsax” adlı musiqinin istifadəsindən narahatıq"
- “Qalatasaray”a "Yuventus"a qarşı oyunlarda onlar kömək edəcək: 3 yeni futbolçu
0
0