Avstriya millisinin hücumçusu Marko Arnautoviç DÇ-2026-da tarixi göstəriciyə imza atıb.
Apasport.az xəbər verir ki, 37 yaşlı futbolçu yığma komandanın dünya çempionatları tarixində ən yaşlı qol müəllifi olub.
Arnautoviç qrup mərhələsinin I turunun İordaniyaya qarşı keçirilən matçında fərqlənib. O, 3:1 hesabı ilə başa çatan görüşün əlavə dəqiqələrində penaltini dəqiq yerinə yetirib.
Forvard 37 yaş 59 günlüyündə qol vuraraq Toni Polsterin rekordunu yeniləyib. Polster 1998-ci il dünya çempionatında Kamerunla oyunda 34 yaş 93 günlüyündə fərqlənmişdi.
Qeyd edək ki, Avstriya millisi DÇ-2026-nın J qrupunda növbəti oyununu iyunun 22-də Argentinaya qarşı keçirəcək. Görüş Dallasda baş tutacaq.