Çempionlar Liqasının Liqa mərhələsinin sonuncu – VIII turu çərçivəsində keçirilən “Liverpul” (İngiltərə) - “Qarabağ” matçının (6:0) ardından ev sahiblərinin baş məşqçisi Arne Slot fikirlərini açıqlayıb.
Apasport.az xəbər verir ki, təcrübəli mütəxəssis oyunsonrası mətbuat konfransında qarşılaşmanı dəyərləndirib:
“Ardıcıl ikinci ildir ki, Çempionlar Liqasında ən yaxşı 16 komanda arasındayıq. Bir neçə zədəli oyunçumuzun olmasına baxmayaraq, bu mərhələyə birbaşa yüksəlməyimiz vacib idi. Rəqibə hörmətlə yanaşaraq bildirməliyəm ki, mən Premyer Liqadakı növbəti oyunumuzda “Nyukasl”ın “Qarabağ”dan daha güclü rəqib olacağını gözləyirəm”.
- Azərbaycan U-20 millisi Moldova və Yaponiya ilə yoldaşlıq oyunu keçirəcək
- Futzal üzrə Çempionlar Liqasında “Araz-Naxçıvan”ın oyunlarının ünvanı müəyyənləşdi
- Mançester derbisində “ŞƏHƏRLİLƏR” SEVİNDİ
- “Beşiktaş” Nərimanın komandasını DARMADAĞIN ETDİ
- Valdas Dambrauskas: “Bu məğlubiyyətdən çox şey öyrənə bilərik”