Bu gün UEFA Avropa Liqasının 1/8 final mərhələsinə yekun vurulub.
Apasport.az xəbər verir ki, Türkiyə təmsilçisi "Fənərbaxça" səfərdə "Reyncers"lə qarşılaşıb.
Görüşün əsas vaxtı Türkiyə təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb və beləliklə matç uzatmalara gedib.
Uzatma dəqiqələrində də hesab dəyişmədiyi üçün oyunun taleyi penaltilər seriyasında həll olub.
Burda isə daha dəqiq oynayan "Reyncers" rəqibini penalti zərbələrində 3:2 hesabı ilə məğlub etməyi bacarıb və adını 1/4 finala yazdırıb.
Qeyd edək ki, İstanbulda keçirilən ilk görüş Şotlandiya təmsilçisinin 3:1 hesablı qələbəsi ilə başa çatmışdı.
UEFA Avropa Liqası
1/8 final
00:00. “Reyncers” - “Fənərbaxça” 0:2
Qollar: S. Şimanski, 45, 73
Pen: 3:2
- Rauf Əliyev: “Valideynlər övladlarının hücumçu olmasını istəmirlər”
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- Millətlər Liqası: Fransa İtaliya səfərindən əliboş qayıdır - YENİLƏNİB
- Sergen Yalçından uğursuz debüt - TÜRKİYƏ BELÇİKAYA MƏĞLUB OLDU - YENİLƏNİB
- Azərbaycan millisi Almaniya ilə bacarmadı