Avropa Liqası: "Fənərbaxça" və "Qalatasaray"ın rəqibləri bəlli oldu - YENİLƏNİB
31.01.2025 - 16:23
Avropa Liqası: "Fənərbaxça" və "Qalatasaray"ın rəqibləri bəlli oldu - YENİLƏNİB

UEFA Avropa Liqasının pley-off mərhələsinin püşkatma mərasimi keçirilib. 

Apasport.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən tədbirdə 1/16 cütlərinin adı dəqiqləşib. 

UEFA Avropa Liqası
Pley-off

"Tvente" - "Bodo-Qlimt" 

"Fənərbaxça" - "Anderlext"

"Yunion-Sent Jilluaz" - "Ayaks" 

PAOK - FKSB

"Alkmaar" - "Qalatasaray" 

"Midtyullan" - "Real Sosyedad" 

"Ferensvaroş" - "Viktoriya Plzen" 

"Porto" - "Roma"

Qeyd edək ki, pley-off mərhələsinin ilk oyunları fevralın 13-də, cavab matçları isə fevralın 20-də keçiriləcək.

***

13:00

Bu gün UEFA Avropa Liqasında pley-off mərhələsinin püşkü atılacaq.

Apasport.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçiriləcək tədbir Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.

Liqa mərhələsində 9-24-cü yerləri tutan komandalar pley-offda 8 cüt təşkil edəcək.

Çempionlar Liqasında olduğu kimi, Avropa Liqasında da təxmini cütlər bəllidir. Liqa mərhələsində 9-10-cu yeri tutanlar 23-24-cü yerlərlə üz-üzə gələcək. 11-12-ci yer sahibləri 21-22-ci, 13-14-cü olanlar 19-20-ci, 15-16-cı pillədə qərarlaşanlar 17-18-ci yerin sahibləri ilə qarşılaşacaq.

Pley-off mərhələsinin mümkün cütləri

“Ferensvaroş” (Macarıstan)/“Porto” (Portuqaliya) – “Roma” (İtaliya)/“Viktoriya” (Çexiya)

“Tvente” (Niderlanda)/“Fənərbaxça” (Türkiyə) – “Bodo Qlimt” (Norveç)/“Anderlext” (Belçika)

“Yunion” (Almaniya)/PAOK (Yunanıstan) – FCSB (Rumıniya)/“Ayaks” (Niderland)

“Alkmaar” (Niderlnad)/“Midtyullan” (Danimarka) – “Real Sosyedad” (İspaniya)/“Qalatasaray” (Türkiyə)

Qeyd edək ki, pley-off mərhələsinin ilk oyunları fevralın 13-də, cavab matçları isə fevralın 20-də keçiriləcək.

0