“Ayntraxt” - “Reyncers”: Zədəlilər bəlli oldu – Təxmini “11-lik”
18.05.2022 - 10:23
“Ayntraxt” - “Reyncers”: Zədəlilər bəlli oldu – Təxmini “11-lik”

“Ayntraxt”la “Reyncers” bu gün Sevilyada keçiriləcək Avropa Liqasının final oyununa ideal heyətlə çıxa bilməyəcək.

Apasport.az saytının məlumatına görə, “Ramon Sançes Pisxuan”dakı həlledici qarşılaşmanı bəzi futbolçular kənardan izləməli olacaq.

“Ayntraxt” 4 futbolçunun xidmətindən məhrum qalıb. Qapıçı Diant Ramay və yarımmüdafiəçi Yesper Lindström əvvəlki aylardan zədəlidir. Müdafiəçi Martin Hinteregger mayın əvvəlində, digər müdafiəçilər Denni da Kosta ilə Evan Ndika isə bu günlərdə sıradan çıxıb. Adıçəkilən futbolçulardan yalnız sonuncunun bugünkü matçda meydana çıxmaq şansı var.

“Reyncers”də də heyətlə bağlı problemlər mövcuddur. Müdafiəçi Filip Helander, yarımmüdafiəçi Yanis Haci və hücumçu Alfredo Morelos üçün mövsüm bitib. Yarımmüdafiəçi Nnamdi Ofobor da çoxdandır zədəlidir və bu gün komandasına kömək edə bilməyəcək.

Təxmini “11-lik”lər
“Ayntraxt” (Almaniya):
Kevin Trapp, Almami Ture, Tuta, Evan Ndika, Ansqar Knauff, Filip Kostiç, Cibrill Sou, Sebastian Rode, Yens Petter Hauqe, Daiçi Kamada, Rafael Santos Borr
“Reyncers” (Şotlandiya): Allan Makqreqor, Konor Qoldson, Ceyms Tavernier, Kalvin Bessi, Yon Lundstrem, Rayan Cek, Qlen Kamara, Borna Barişiç, Skott Rayt, Co Aribo, Rayan Kent.

Qeyd edək ki, “Ayntraxt” – “Reyncers” oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
 

0