FIFA referiləri Əliyar Ağayev və Tural Qurbanov milli komandaların beynəlxalq yoldaşlıq oyunlarına təyinat alıblar.
Apasport.az xəbər verir ki, Əliyar Ağayev Minskdə keçiriləcək Belarus – Suriya matçını idarə edəcək.
Belarus millisinə məxsus stadionda baş tutacaq görüşdə Zeynal Zeynalov və Elşad Abdullayev köməkçi, yerli referi İhar Şumilau dördüncü hakim funksiyasını yerinə yetirəcək.
Tural Qurbanov isə Kişineu şəhərində yerləşən “Zimbru” stadionunda Moldova – Bolqarıstan qarşılaşmasının baş hakimi olacaq. Ona Akif Əmirəli və Cəmil Quliyev köməklik göstərəcəklər. Moldovalı Roman Jitari dördüncü hakim kimi fəaliyyət göstərəcək.
Hər iki oyun iyunun 5-də keçiriləcək.
- Azərbaycan U-20 millisi Moldova və Yaponiya ilə yoldaşlıq oyunu keçirəcək
- Futzal üzrə Çempionlar Liqasında “Araz-Naxçıvan”ın oyunlarının ünvanı müəyyənləşdi
- Mançester derbisində “ŞƏHƏRLİLƏR” SEVİNDİ
- “Beşiktaş” Nərimanın komandasını DARMADAĞIN ETDİ
- Valdas Dambrauskas: “Bu məğlubiyyətdən çox şey öyrənə bilərik”