"Barselona"da ciddi itki: YAMAL ÜÇ MATÇI BURAXA BİLƏR
17.09.2025 - 12:22
"Barselona"da itki baş verib.
Apasport.az xəbər verir ki, komandanın zədəli futbolçusu Lamin Yamalın durumuna aydınlıq gəlib.
Futbolçunun aldığı xəsarətin gözləniləndən ciddi olduğu müəyyənləşib.
Onun qarşıdakı üç matçı buraxacağı gözlənilir. Yarımmüdafiəçinin Çempionlar Liqasının "Nyukasl"la görüşündə oynamayacağı dəqiqləşib. Onun La Liqanın "Xetafe" və "Real Ovyedo" ilə oyunlarda iştirakı sual altına düşüb.
Qeyd edək ki, Yamal avqustun 23-də "Levante" ilə oyunda qasıq nahiyəsindən xəsarət alıb.
- Azərbaycan U-20 millisi Moldova və Yaponiya ilə yoldaşlıq oyunu keçirəcək
- Futzal üzrə Çempionlar Liqasında “Araz-Naxçıvan”ın oyunlarının ünvanı müəyyənləşdi
- Mançester derbisində “ŞƏHƏRLİLƏR” SEVİNDİ
- “Beşiktaş” Nərimanın komandasını DARMADAĞIN ETDİ
- Valdas Dambrauskas: “Bu məğlubiyyətdən çox şey öyrənə bilərik”
0
0