“Beşiktaş” - “Makkabi” matçının keçiriləcəyi məkan bəlli olub
11.11.2024 - 21:31
"Beşiktaş"ın Avropa Liqası Liqa mərhələsinin V turunun "Makkabi" (Təl-Əviv) ilə keçirəcəyi oyunun məkanı bəlli olub.
Apasport.az xəbər verir ki, görüş Macarıstanın Debretsen şəhərində təşkil olunacaq.
Bu barədə İstanbul təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Təhlükəsizlik məsələlərinə görə görüş azarkeşsiz oynanılacaq.
Qeyd edək ki, "Beşiktaş" - "Makkabi" oyunu 28 noyabr tarixində baş tutacaq.
- İspaniyada skandal: ÇL himni əvəzinə Avropa Liqasının musiqisi səsləndirilib
- ÇL: "Real" "Siti"yə, "Napoli” “Benfika”ya məğlub oldu - YENİLƏNİB
- Qurban Qurbanov: "Bu, Azərbaycan futbolunun real vəziyyətidir"
- Mateuş Koxalski: “Çox əsəbiyəm”
- “Ayaks”ın baş məşqçisi: “Bugünkü qələbədən sonra özgüvənimiz artacaq”
0
0