Çempionlar Liqası: “Yuventus” və “Siti” ilk hissəni öndə tamamlayır - YENİLƏNİR
12.02.2025 - 00:49
Çempionlar Liqası: “Yuventus” və “Siti” ilk hissəni öndə tamamlayır - YENİLƏNİR

Bu gün Çempionlar Liqasının 1/8 mərhələsinə vəsiqə uğrunda pley-off görüşlərinin ilk oyunları start götürüb.

Apasport.az xəbər verir ki, günün ilk qarşılaşmasında "Brest" evində PSJ-ni qonaq edib.

Görüş qonaqların inamlı qələbəsi ilə nəticələnib - 3:0.

Turun digər matçlarında “Mançester Siti” yerli azarkeşləri önündə “Real”ı qəbul edir.“Yuventus” PSV-ni, Dortmund “Borussiya”sı isə “Sportinq”in müqavimətini qırmağa çalışır.

UEFA Çempionlar Liqası
Pley-off mərhələsi, ilk oyun

11 fevral

21:45"Brest" (Fransa) – PSJ (Fransa) 0:3
00:00 "Yuventus" (İtaliya) – PSV (Niderland) 1:0
00:00 "Mançester Siti" (İngiltərə) – "Real" (İspaniya) 1:0
00:00 "Sportinq" (Portuqaliya) – "Borussiya" (Dortmund, Almaniya) 0:0