Çempionlar Liqasında bu mövsüm Liqa mərhələsində çıxış edəcək 36 klubun adına aydınlıq gəlib.
Apasport.az xəbər verir ki, "Qarabağ"ın püşkatma zamanı yer alacağı səbət müəyyənləşib.
Monakoda keçiriləcək püşkatmada Azərbaycan çempionu dördüncü səbətdə yer alacaq. Turnirin reqlamentinə görə, püşkdə Ağdam klubunun 4-ü evdə, 4-ü səfərdə olmaqla 8 rəqibi bəlli olacaq.
Mərasim saat 20:00-da start götürəcək.
Çempionlar Liqasının səbətləri:
1-ci səbət: PSJ (Fransa), "Real" (İspaniya), "Mançester Siti" (İngiltərə), "Bavariya" (Almaniya), "Liverpul" (İngiltərə), "İnter" (İtaliya), "Çelsi" (İngiltərə), "Borussiya D" (Almaniya), "Barselona" (İspaniya).
2-ci səbət: "Arsenal" (İngiltərə), "Bayer" (Almaniya), "Atletiko" (İspaniya), "Benfika" (Portuqaliya), "Atalanta" (İtaliya), "Vilyarreal" (İspaniya), "Yuventus" (İtaliya), "Ayntraxt" (Almaniya), "Brugge" (Belçika).
3-cü səbət: "Tottenham" (İngiltərə), PSV, "Ayaks" (hər ikisi Niderland), "Napoli"(İtaliya), "Sportinq" (Portuqaliya), "Slaviya" (Çexiya), "Olimpiakos" (Yunanıstan), “Bodo Qlimt” (Norveç), "Marsel" (Fransa).
4-cü səbət: “Kopenhagen” (Danimarka), "Monako" (Fransa), "Yunion" (Belçika), "Qalatasaray" (Türkiyə), "Qarabağ" (Azərbaycan), "Nyukasl" (İngiltərə), "Atletik" (İspaniya), “Kayrat” (Qazaxıstan), "Pafos" (Kipr).
- AL: Zamiq Əliyevin komandası məğlub oldu - YENİLƏNİB
- ÇL: “Fənərbaxça”nın potensial rəqibləri qarşılaşıblar - YENİLƏNİB
- Dambrauskas qələbəyə köklənib - “Öz gücümüzdən istifadə edəcəyik”
- Yakob Poulsen “Sabah”ı təriflədi - “Bizi güclü rəqib gözləyir”
- Konfrans Liqası: "Başakşəhər"dən heç-heçə - YENİLƏNİB