ÇL: Həftənin ən yaxşı futbolçusu adına namizədlər bilindi
24.10.2024 - 10:14
ÇL: Həftənin ən yaxşı futbolçusu adına namizədlər bilindi

UEFA Çempionlar Liqasında Liqa mərhələsinin III turunun oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər məlum olub.

Apasport.az xəbər verir ki, bu ada “Real”dan Vinisius Junior, “Milan”dan Ticani Reynders, “Monako”dan Takumi Minamino və “Barselona”dan Rafinya namizəd göstərilib.

Qalib UEFA-nın saytında keçirilən sorğu nəticəsində müəyyənləşəcək.

0