UEFA Çempionlar Liqasında pley-off mərhələsinin ilk oyunlarına yekun vurulub.
Apasport.az xəbər verir ki, bu gün daha 4 matç keçirilib.
"İnter" "Bodo Qlimt"in qonağı olub. 4 qolun vurulduğu matçda sevinən tərəf ev sahibləri olub. Oyun "Bodo Qlimt"in 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
"Atletiko" isə səfərdə "Brügge" ilə 3:3 hesablı heç-heçə edib.
Qeyd edək ki, pley-off mərhələsinin cavab oyunları 24–25 fevralda keçiriləcək.
18 fevral
UEFA Çempionlar Liqası
Pley-off mərhələsi, ilk oyunlar
21:45. "Qarabağ" (Azərbaycan) - "Nyukasl" (İngiltərə) 1:6
00:00."Bodo Qlimt" (Norveç) - "İnter" (İtaliya) 3:1
00:00."Brügge" (Belçika) - "Atletiko" (İspaniya) 3:3
00:00."Olimpiakos" (Yunanıstan) - "Bayer" (Almaniya) 0:2