ÇL: Növbəti tura yüksələn komandalar bəlli olub
29.01.2026 - 02:12
ÇL: Növbəti tura yüksələn komandalar bəlli olub

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin sonuncu yəni, VIII turunun oyunları keçirilib.

Apasport.az xəbər verir ki, son matçların ardından yekun turnir cədvəli müəyyənləşib.

Yeni formata əsasən, ilk səkkizlik bu cürdür:

 “Arsenal” (İngiltərə), “Bavariya” (Almaniya), “Liverpul” (İngiltərə), “Tottenhem” (İngiltərə), “Barselona” (İspaniya), “Çelsi” (İngiltərə), “Sportinq” (Portuqaliya), “Mançester Siti” (İngiltərə).

İlk səkkizlikdən əlavə pley-off mərhələsinə adını yazdıran komandalar isə bunlar olub: 

“Real Madrid” (İspaniya), "İnter" (İtaliya), PSJ (Fransa), "Nyukasl" (İngiltərə), "Yuventus" (İtaliya), "Atletiko Madrid" (İspaniya), "Atalanta" (İtaliya), "Bayer" (Almaniya), "Dortmund" (Almaniya), "Olimpiakos" (Yunanıstan), "Brügge" (Belçika), "Qalatasaray" (Türkiyə), "Monako" (Fransa), "Qarabağ" (Azərbaycan), "Bodo Qlimt" (Norveç), "Benfika" (Portuqaliya).

Qeyd edək ki, pley-off mərhələsinin püşkatması yanvarın 30-da gerçəkləşəcək.