“Qalatasaray” Çempionlar Liqasının qrup mərhələsinə uğursuz start verib.
Apasport.az-ın məlumatında görə, Türkiyə çempionu öz meydanında xal itirib.
Okan Burukun yetirmələri “Kopenhagen”lə görüşdə favorit olsalar da, 0:2 hesabı ilə məğlub vəziyyətə düşüblər. Qonaq komandanın heyətində Elyunissi və Qonçalves fərqləniblər.
Meydan sahibləri böyük əzmkarlıq göstərərək hesabı bərabərləşdiriblər. 86-dəqiqədə Boey, iki dəqiqə sonra Tete “Qalatasaray”a bir xal qazandıran qolların müəllifi olublar.
Qeyd edək ki, “Qalatasaray” növbəti matçını səfərdə “Mançester Yunayted”ə qarşı keçirəcək. Oyun oktyabrın 3-də baş tutacaq.
Çempionlar Liqası, qrup mərhələsi
20 sentyabr
A qrupu
“Qalatasaray” – “Kopenhagen” - 2:2
Qollar: Boey, 86. Tete, 88 - Elyunissi, 35. Qonçalves, 58
- A millinin Malta və San Marino ilə oyunlarının hakim təyinatları bəlli oldu
- Azərbaycan – Macarıstan: Açıq məşq və mətbuat konfransı
- Azərbaycan - Malta: Açıq məşq və mətbuat konfransı
- Futzal üzrə UEFA Çempionlar Liqasının 2026/2027 mövsümünün reqlamenti müəyyənləşib
- Yuxusuz gecələr başlayır: Dünya çempionatında kim favoritdir?