Ötən mövsüm Türkiyə Super Liqasında çempion olaraq UEFA Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazanan "Qalatasaray"ın potensial rəqibləri bəlli olub.
Apasport.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
"Sarı-qırmızılılar"ın bu mərhələdə İngiltərədən "Liverpul", "Arsenal", "Mançester Siti", "Çelsi", "Nyukasl", İspaniyadan "Real", "Barselona", "Atletiko", "Atletik", "Vilyareal", İtaliyadan "Napoli", "İnter", "Atalanta", "Yuventus", Almaniyadan "Bavariya", "Bayer". "Ayntraxt", "Borussiya Dortmund", Fransadan PSJ, "Marsel", "Monako", Niderlanddan PSV, "Ayaks" Portuqaliyadan "Sportinq", Belçikadan "Yunion", Çexiyadan "Slaviya Praq" və Yunanıstandan "Olimpiakos" komandaları ilə üz-üzə gələ bilər.
Qeyd edək ki, Monakoda keçiriləcək püşkatma mərasimi avqustun 28-i, Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
- AL: Zamiq Əliyevin komandası məğlub oldu - YENİLƏNİB
- ÇL: “Fənərbaxça”nın potensial rəqibləri qarşılaşıblar - YENİLƏNİB
- Dambrauskas qələbəyə köklənib - “Öz gücümüzdən istifadə edəcəyik”
- Yakob Poulsen “Sabah”ı təriflədi - “Bizi güclü rəqib gözləyir”
- Konfrans Liqası: "Başakşəhər"dən heç-heçə - YENİLƏNİB