ÇL: “Qarabağ” pley-off mərhələsində - YENİLƏNİB
12.08.2025 - 21:46
ÇL: “Qarabağ” pley-off mərhələsində - YENİLƏNİB

Bu gün UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunları keçirilir.

Apasport.az xəbər verir ki, Azərbaycanı turnirdə təmsil edən “Qarabağ” növbəti oyununa çıxıb.

Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv Bakıda “Şkendiya”nı qəbul edib. Rəqibini 5:1 hesabı ilə üstələyən ağdamlılar adını pley-off mərhələsinə yazdırıb.

Qeyd edək ki, komandalar arasındakı ilk qarşılaşma “Qarabağ”ın minimal hesablı qələbəsi ilə yekunlaşmışdı – 1:0.

UEFA Çempionlar Liqası
III təsnifat mərhələsi, cavab oyunu
20:00 Qarabağ – Şkendiya (Şimali Makedoniya) 5:1

Qol: Fabris Tamba, 10. Klisman Cake, 16-ö.q. Kadi Borges, 18. Nəriman Axundzadə, 33. Marko Yankoviç, 35. Leandro Andrade, 59.

"Qarabağ": 99. Mateuş Koxalski, 2. Mateus Silva, 13. Bəhlul Mustafazadə, 81. Kevin Medina, 44. Elvin Cəfərquliyev, 8. Marko Yankoviç, 35. Pedro Bikalyo, 20. Kadi Borges, 15. Leandro Andrade, 10. Abdullah Zubir (k), 90. Nəriman Axundzadə
Baş məşqçi: Qurban Qurbanov

"Şkendiya: 24. Babukar Qaye, 11. Ronaldo Vebster, 5. Klisman Cake, 15. İmran Fetai, 2. Aleksandr Trumçi, 28. Kamer Qaka, 4. Reşat Ramadani, 17. Arbin Zeynullai, 77. Lirodon Latifi, 19. Fabris Tamba, 7. Besart İbraimi (k).
Baş məşqçi: Jeton Beqiri