UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin "Sabah" - "Levski" matçından öncə meydan sahiblərinin baş məşqçisi Valdas Dambrauskasın mətbuat konfransı keçirilib.
"Ağır oyundan sonra bütün futbolçular hazırdırlar. Hamısı sağlamdır. İstədiyimiz "11-liy"i meydanda görə biləcəyik. İnanıram ki, seçdiyimiz oyun üslubu bizə qalibiyyət gətirəcək. Amma çətin olacaq. Rəqib asan qol buraxmır. Risk alacağıq. Hücum futbolu sərgiləmək və növbəti raunda yüksəlmək niyyətindəyik. Bizi ağır qarşılama gözləyir. Bolqarıstanda da bunu gördük. Sabah bizi heç-heçə qane etmir. Amma yaxşı nəticə üçün əlimizdən gələni edəcəyik"
Qeyd edək ki, avqustun 14-də baş tutacaq "Sabah" - "Levski" görüşü saat 20:00-da başlayacaq. Bolqarıstandakı ilk qarşılaşmada meydan sahibləri bir cavabsız qolla qalib gəlib.
- “Qalatasaray”a "Yuventus"a qarşı oyunlarda onlar kömək edəcək: 3 yeni futbolçu
- Avropa Liqası: “Fənərbaxça”nın pley-offdakı rəqibi bilindi - YENİLƏNİB
- ÇL: Pley-off cütləri müəyyənləşdi - YENİLƏNİB
- Avropa Liqasında növbəti tura yüksələn komandalar müəyyənləşib
- AL: Liqa mərhələsinə yekun vurulub - YENİLƏNİB