ÇL: “Qarabağ”ın potensial rəqibi bəlli olacaq - YENİLƏNİR
04.08.2025 - 09:16

Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinin püşkü atılacaq.
Apasport.az xəbər verir ki, mərasimdə Azərbaycan çempionu “Qarabağ”ın da potensial rəqibi dəqiqləşəcək.
Ağdam təmsilçisinin “Şkendiya” ilə duelinin qalibi “Bodo-Qlimt” (Norveç), “Seltik” (Şotlandiya), “Malmö” (İsveç) – “Kopenhagen” (Danimarka), “Lex” (Polşa) – “Srvena Zvezda” (Serbiya) və “Ludoqorets” (Bolqarıstan) – “Ferentsvaroş” (Macarıstan) cütünün güclüsünə rəqib olacaq.
Püşkatma mərasimi saat 14:00-da başlayacaq.
Qeyd edək ki, bu mərhələnin oyunları 19-20 və 26-27 avqust tarixlərində keçiriləcək.
0
0