ÇL: "Sabah"ın potensial rəqibləri bəlli oldu - YENİLƏNİB
20.07.2026 - 14:10
ÇL: "Sabah"ın potensial rəqibləri bəlli oldu - YENİLƏNİB

Azərbaycan klublarının avrokubokların III təsnifat mərhələsindəki potensial rəqibləri müəyyənləşib.

Apasport.az xəbər verir ki, ilk olaraq UEFA Çempionlar Liqasında bu raundun püşkü atılıb.

Bakı vaxtı ilə saat 14:00-da başlayan tədbirdə “Sabah” səpələnməmişlər səbətində yer alıb.

“Bayquşlar” II təsnifat mərhələsində Finlandiya təmsilçisi KuPS-u mübarizədən kənarlaşdıracağı təqdirdə, III raundda “Orxus” (Danimarka) – “Lex” (Polşa) cütünün qalibi ilə qarşılaşacaq.