Cordan Veretu: "Qarabağ" təhlükəli komandadır”
27.11.2024 - 18:44
Avropa Liqasının Liqa mərhələsinin V turunun "Qarabağ" - "Lion" matçından öncə qonaqların futbolçusu Cordan Veretu mətbuat konfransında iştirak edib.
"Qarabağ" təhlükəli komandadır. Azərbaycan çempionunun heyətində təhlükəli hücum qurmağı bacaran futbolçular var. "Lion" da bu oyunda əlindən gələni edəcək. "Qarabağ"la bağlı digər önəmli məqam isə hazırda bu komandada çıxış edən Benzianı əvvəl "Lion"da oynamasıdır. Özümə gəldikdə, deyə bilərəm ki, müxtəlif mövqelərdə mübarizə apara bilərəm. Bu oyunda da məşqçinin tapşırığına uyğun oynamağa çalışacağam".
- "Sabah" - "Barselona: Mətbuat konfransları və açıq məşqlər
- Kamal Umudlu UEFA Gənclər Liqasının oyununa təyinat alıb
- “Sabah” – “Barselona” matçının hakimləri bəlli olub
- Millətlər Liqasında 1/4 finalın püşkü atıldı - Nəhənglər üz-üzə!
- “Sabah” – “Barselona” matçına 74 ölkədən olan azarkeşlər bilet alıblar
0
0