Daha bir futbolçu Türkiyə millisinin heyətindən çıxarılıb
22.03.2025 - 20:20

Türkiyə millisinin UEFA Millətlər Liqası heyətində dəyişiklik edilib.
Apasport.az xəbər verir ki, bu barədə TFF məlumat yayıb.
Macarıstanla ilk oyunda zədələnən və çıxışını davam etdirə bilməyən Kaan Ayhanın müalicəsinin cavab matçına qədər başa çatmayacağı müəyyən olunduğu üçün heyətdən çıxarılıb.
Qeyd edək ki, Millətlər Liqasının pley-off mərhələsinin cavab oyununda Türkiyə səfərdə Macarıstanla qarşılaşacaq.
0
0