DÇ-2022: Messinin FAVORİTLƏRİ
05.12.2022 - 13:16
DÇ-2022: Messinin FAVORİTLƏRİ

“Argentina səkkiz ən güclü komanda sırasına yüksəlib. Biz sübut etdik ki, həmişə ən yaxşılar arasında yer alan güclü futbol ölkəsiyik”.

Apasport.az saytının məlumatına görə, bunu Argentina millisinin kapitanı Lionel Messi deyib.

35 yaşlı futbolçu Qətərdə keçirilən DÇ-2022-nin favoritlərini açıqlayıb: “Favoritlərdən biri olduğumuzu bura gəlməzdən də bilirdik. Xoşbəxtlikdən bunu sübut etdik. Braziliya çox yaxşı oynayır. Kameruna uduzsa da, favoritlərdən biri olaraq qalır. Fransa və İspaniya da çox yaxşı oynayır”.

Qeyd edək ki, 1/4 finala yüksələn Argentina bu mərhələdə Niderlandla görüşəcək.
 

0