DÇ-2026: Almaniya və Niderlanddan darmadağın, Çexiya pley-offda - YENİLƏNİB
18.11.2025 - 01:49
DÇ-2026: Almaniya və Niderlanddan darmadağın, Çexiya pley-offda - YENİLƏNİB

DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsində bu gün növbəti qarşılaşmalar keçirilib.

Apasport.az xəbər verir ki, A, G və L qruplarında ümumilikdə 6 oyun baş tutub.

Almaniya öz meydanında Slovakiyanı qəbul edib. “Qalatasaray”ın ulduz futbolçusu Leroy Sanenin 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qaldığı görüşdə ev sahibləri rəqibi 6 cavabsız qolla darmadağın edib.

Niderland isə Litva ilə qarşılaşıb. “Narıncılar” bu oyunda rəqibini 4:0 hesabı ilə məğlub edib.

DÇ-2026, seçmə mərhələ

17 noyabr

A qrupu

23:45. Şimali İrlandiya - Lüksemburq 1:0

23:45. Almaniya - Slovakiya 6:0

Xal durumu: Almaniya - 15, Slovakiya - 12, Şimali İrlandiya - 9, Lüksemburq - 0.

G qrupu

23:45. Malta - Polşa 2:3

23:45. Niderland - Litva 4:0

Xal durumu: Niderland - 20, Polşa - 17, Finlandiya - 10, Malta - 5, Litva - 3.

L qrupu

23:45. Çexiya - Cəbəllütariq 6:0

23:45. Monteneqro - Xorvatiya 2:3

Xal durumu: Xorvatiya - 22, Çexiya - 16, Farer Adaları - 12, Monteneqro - 9, Cəbəllütariq - 0.