DÇ-2026: Türkiyə millisinin rəqibi bəlli oldu - YENİLƏNİB
20.11.2025 - 16:41
DÇ-2026: Türkiyə millisinin rəqibi bəlli oldu - YENİLƏNİB

Bu gün gələn yay ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi ilə keçiriləcək futbol üzrə dünya çempionatının Avropa zonası üzrə pley-off mərhələsinin püşkü atılıb.

Apasport.az xəbər verir ki, püşkatmada Türkiyə millisinin rəqibləri də bəlli olub. 

Qardaş ölkə təmsilçisi pley-off-da Rumıniya ilə üz-üzə gələcək. 

Türkiyə pley-offda Rumıniyanı məğlub edərsə, finalda Slovakiya - Kosova cütünün qalibi ilə qarşılaşacaq. 

Avropa zonası üzrə pley-off cütləri:

A yolu:

İtaliya - Şimali İrlandiya

Uels - Bosniya və Herseqovina

B yolu:

Ukrayna - İsveç

Polşa - Albaniya

C yolu:

Türkiyə - Rumıniya

Slovakiya - Kosovo

D yolu:

Danimarka - Şimali Makedoniya

Çexiya - İrlandiya