DÇ-2026: Türkiyənin potensial rəqibləri bəlli olub
19.11.2025 - 15:08
2026-cı ildə keçiriləcək dünya çempionatının pley-off mərhələsinin səbətləri məlum olub.
Apasport.az xəbər verir ki, İtaliya və Türkiyə yığması birinci səbətdə yer alacaq. Pley-off mərhələsinin püşkü sabah atılacaq.
Birinci səbət: İtaliya, Danimarka, Türkiyə, Ukrayna
İkinci səbət: Polşa, Uels, Çexiya, Slovakiya
Üçüncü səbət: İrlandiya, Albaniya, Bosniya və Herseqovina, Kosovo
Dördüncü səbət: İsveç, Rumıniya, Şimali Makedoniya, Şimali İrlandiya.
Birinci səbətdəki komandalar dördüncü, ikinci səbətdəki komandalar isə üçüncü səbətdəkilərə rəqib olacaq.
0
0