DÇ-26: İngiltərə meydana çıxır - YENİLƏNİR
17.06.2026 - 17:04
DÇ-26: İngiltərə meydana çıxır - YENİLƏNİR

DÇ-2026-nın qrup mərhələsində növbəti oyunlar keçirilir.

Apasport.az xəbər verir ki, L qrupunda İngiltərə millisi Xorvatiya ilə qarşılaşacaq.

Görüşə Bakı vaxtı ilə iyunun 18-də saat 00:00-da start veriləcək.

Qarşılaşma Dallasda baş tutacaq. İngiltərə mundialdakı ilk oyununda qələbə qazanaraq turnirə uğurlu başlamağa çalışacaq.

Xorvatiya isə son illərdə böyük turnirlərdəki sabit çıxışını davam etdirmək niyyətindədir.

DÇ-2026
L qrupu
18 iyun

00:00. İngiltərə – Xorvatiya