DÇ biletlərinin qiyməti kəskin ucuzlaşıb
06.07.2025 - 22:47
Klublararası dünya çempionatının yarımfinal mərhələsində keçiriləcək "Çelsi" – "Fluminense" oyununun biletlərinin qiyməti kəskin şəkildə ucuzlaşıb.
Apaspor.az xəbər verir ki, bu barədə "The Athletic" məlumat yayıb.
Hazırda bu görüş üçün biletin qiyməti 13.4 dollar təşkil edir. Halbuki 72 saat əvvəl həmin biletlər 473.9 dollara satılırdı.
Hətta biletlərin qiyməti pivə (14 dollar) və qida (15 dollar) qiymətindən də aşağıdır.
Qarşılaşma iyulun 8-də keçiriləcək. İyulun 9-da isə digər yarımfinal matçında "Real" PSJ ilə üz-üzə gələcək.
- Rauf Əliyev: “Valideynlər övladlarının hücumçu olmasını istəmirlər”
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- Millətlər Liqası: Fransa İtaliya səfərindən əliboş qayıdır - YENİLƏNİB
- Sergen Yalçından uğursuz debüt - TÜRKİYƏ BELÇİKAYA MƏĞLUB OLDU - YENİLƏNİB
- Azərbaycan millisi Almaniya ilə bacarmadı
0
0