DÇ-də rekordlar: 3000-ci qol, geridönüş və tarixi göstərici
08.07.2026 - 11:21
DÇ-də rekordlar: 3000-ci qol, geridönüş və tarixi göstərici

Argentina millisinin yarımmüdafiəçisi Enzo Fernandes DÇ-2026-nın 1/8 final mərhələsində Misirə qarşı oyunda həlledici qolun müəllifi olub.

Apasport.az xəbər verir ki, 25 yaşlı futbolçu 90+2-ci dəqiqədə fərqlənərək komandasına 3:2 hesablı qələbə qazandırıb.

Enzonun qolu  dünya çempionatları tarixində vurulan 3000-ci qol kimi qeydə alınıb.

Misir millisinin qapıçısı Mustafa Əhməd Şobeyr də tarixi göstəriciyə imza atıb. O, bir mundial ərzində iki penalti qaytaran 4-cü qapıçı olub. Şobeyr Argentina ilə matçda Lionel Messinin zərbəsini dəf edib. Daha əvvəl qrup mərhələsində o, İran millisinin hücumçusu Mehdi Tareminin penalti zərbəsini də qaytarmışdı.

Bununla da misirli qolkiper Yan Tomaşevski, Voytsex Şesnı və Bred Fridelin nəticəsini təkrarlayıb.