DÇ: “Dortmund” - "Mamelodi Sandauns" görüşündə 7 qol, “İnter”dən əzmkar qələbə
22.06.2025 - 02:08
DÇ: “Dortmund” - "Mamelodi Sandauns" görüşündə 7 qol, “İnter”dən əzmkar qələbə

Futbol üzrə klublararası dünya çempionatı davam edir.

Apasport.az xəbər verir ki, günün ilk matçında "Borussiya Dortmund" "Mamelodi Sandauns"la qarşılaşıb.

Azarkeşlər bu görüşdə 7 qola şahidlik ediblər. Oyun Bundesliqa təmsilçisinin 4:3 hesablı qalibiyyəti ilə başa çatıb.

"İnter" isə "Urava Reds" üzərində 2:1 hesablı əzmkar qələbə qazanıb.

F qrupu
II tur
20:00. "Mamelodi Sandauns" - "Borussiya Dortmund" - 3:4

E qrupu
II tur
23:00. "İnter" - "Urava Reds" - 2:1