Klublararası Dünya Çempionatında qrup mərhələsinin üçüncü turunun oyunları keçirilir.
Apasport.az xəbər verir ki, bu gün F və E qrupunun oyunlarına yekun vurulub.
Günün ilk baş tutan qarşılaşmasında “Borussiya Dortmund” ilə “Ulsan” üz-üzə gəlib. Gərgin keçən oyunun taleyini cəmi bir qol həll edib. Almaniya təmsilçisi rəqibini minimal hesabla məğlub edərək qrupu lider kimi başa vurub.
Qrupun digər görüşündə isə "Fluminense" "Mamelodi Sandauns"la qarşılaşıb. Oyunda qalib müəyyənləşməyib. Matç 0:0 hesablı heç-heçə ilə başa çatıb.
Klublararası Dünya Çempionatı
Qrup mərhələsi, III tur
24 may
F qrupu
23:00 Mamelodi Sandauns - Fluminense 0:0
23:00 Borussiya Dortmund – Ulsan 1:0
E qrupu
05:00 İnter – River Pleyt 2:0
05:00 Urava – Monterrey 0:4
- İspaniyada skandal: ÇL himni əvəzinə Avropa Liqasının musiqisi səsləndirilib
- ÇL: "Real" "Siti"yə, "Napoli” “Benfika”ya məğlub oldu - YENİLƏNİB
- Qurban Qurbanov: "Bu, Azərbaycan futbolunun real vəziyyətidir"
- Mateuş Koxalski: “Çox əsəbiyəm”
- “Ayaks”ın baş məşqçisi: “Bugünkü qələbədən sonra özgüvənimiz artacaq”