"Oyunla bağlı çox danışılacaq bir şey yoxdur".
Bu sözləri Apasport.az saytına açıqlamasında Ağdam klubunun müdafiəçisi Elvin Cəfərquliyev deyib.
Futbolçu məğlubiyyətə görə komanda olaraq məyus olduqlarını bildirib:
“Azarkeşlərimizi sevindirmək istəyirdik. Bu görüşdə qazanacağımız üç xal pley-off şanslarımızı daha da artıracaqdı. Amma alınmadı. Oyuna yaxşı başladıq, qollarımızı vurduq. Matçın müəyyən anlarında yaxşı kombinasiyalar quraraq irəliləyirdik. Lakin hücuma keçdiyimiz epizodlarda buraxdığımız səhvlər məğlubiyyətimizə səbəb oldu. Bilirsiniz ki, belə turnirlərdə ən kiçik səhv və ya bir anlıq diqqətsizlik belə, uduzmağa gətirib çıxara bilər. Rəqibin əks-hücumları çox təhlükəli idi və nəticədə qapımızda qollar gördük. Qalan iki oyunda isə əlimizdən gələni etməyə çalışacağıq. Oyunun qırılma anı üçüncü qol oldu.