
Avropa Liqasının Liqa mərhələsinin III turunun "Qarabağ" - "Ayaks" matçından öncə qonaqların çalışdırıcısı Françesko Fariolinin mətbuat konfransı keçirilib.
- Niyə oyunqabağı məşq üçün “Neftçi Arena”nı seçdiniz?
- Plan belə idi. Biz adətən diqqəti cəlb etməyi yox, başqa stadionda sərbəst məşq etməyi xoşlayırıq.
- Sabahkı matç haqqında nə düşünürsünüz?
- Rəqibimizi təhlil etmişik. “Qarabağ” güclü rəqibdir, bir çox titulları var. Futbolçuları ilə maraqlanırdım. Mən Türkiyədə işləmişəm, ona görə də Azərbaycan haqda məlumatlıyam. Çünki bu ölkələr bir-birinə yaxındır. Kadr itkilərimiz var, Bakıya tam kompakt gəlməmişik.
- “Qarabağ”ın heyətində ən çox nədən ehtiyat edirsiz?
- Bəzi futbolçuları fərdi şəkildə öyrəndik. Dinamik komandadır. Son dəqiqələrdə uduzduqları “Bayer”lə oyunu diqqətə çatdırardım.
- Sabah hansı nəticəni gözləyirsiniz?
- “Qarabağ”ın güclü və zəif tərəflərini analiz edirik. Biz daha yaxşı olmaq və layiqli xallar qazanmaq istəyirik.
- Zehni olaraq uduzmağa hazırsınız?
- Futbolda hər şey ola bilər. Amma biz öz oyunumuza və nəticəyə köklənmişik. Sabah sürpriz olarsa, növbəti oyunlara hazırlaşacağıq.
- Bakıya “Ayaks”ın çoxsaylı azarkeşləri gəlib. Onlara nə demək istərdiniz?
- Bu haqda eşitmişəm. Bura gəlmək ucuz deyil, üstəlik çox pul xərcləməli oldular. Biz onlara bir jest etmək və qələbə ilə təşəkkür etmək istəyirik.
- Ceyhun Sultanov: “Bu, o demək deyil ki, "Araz-Naxçıvan" ondan asılıdır”
- “Şkendiya”nın kapitanı: “Niyə onları məğlub etməyək?”
- “Şkendiya”nın baş məşqçisi: “Söhbət son dərəcə ciddi komandadan gedir”
- “Araz-Naxçıvan” – “Omoniya” oyununun biletləri satışa çıxarılıb
- KL: "Beşiktaş" və "Başakşəhər"in rəqibləri müəyyənləşib