Gürcüstan millisindən tarixi uğur
26.03.2024 - 23:49
Gürcüstan millisindən tarixi uğur

AVRO-2024-ün pley-off mərhələsinə yekun vurulur.

Apasport.az xəbər verir ki, Almaniyada keçiriləcək turnirin F qrupunun son iştirakçısı bəlli olub.

Gürcüstan millisi Yunanıstanla qarşılaşıb. Əsas və əlavə vaxtı 0:0 bitən matçda qalib penaltilər seriyasında müəyyənləşib - 4:2. Burada daha dəqiq olan qonşularımız tarixində ilk dəfə Avropa çempionatının final mərhələsinə vəsiqə əldə edib.

Qeyd edək ki, Gürcüstan millisi F qrupunda Türkiyə, Portuqaliya və Çexiya ilə qarşılaşacaq.

0