Haiti mundialla vidalaşdı - Qrupdan çıxmaq şansını itirdi
20.06.2026 - 06:47
Haiti mundialla vidalaşdı - Qrupdan çıxmaq şansını itirdi

Haiti millisi DÇ-2026-da mübarizəni qrup mərhələsində dayandırıb.

Apasport.az xəbər verir ki, C qrupunda yer alan komanda II turdan sonra növbəti mərhələyə yüksəlmək şansını itirib.

Haiti ilk turda Şotlandiyaya 0:1, ikinci turda isə Braziliyaya 0:3 hesabı ilə uduzub.

Komanda son turda Mərakeşi məğlub etsə belə, maksimum 3 xal toplaya biləcək. Şotlandiya da son görüşdə Braziliyaya uduzacağı təqdirdə 3 xalda qalacaq. Bu halda isə komandalar arasındakı şəxsi görüşün nəticəsi nəzərə alınacaq. İlk turda Haitini 1:0 hesabı ilə məğlub edən Şotlandiya üstün tərəf olduğundan Karib hövzəsi təmsilçisi rəqibini keçə bilməyəcək.

Beləliklə, DÇ-2026-da mübarizəni dayandıran ilk komanda Haiti oldu. 

Qeyd edək ki, Haiti qrupdakı son oyununu iyunun 24-də Mərakeşə qarşı keçirəcək.