Bu gün 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində növbəti oyunlar keçiriləcək.
Apasport.az saytının məlumatına görə, C qrupunda birinciliyi təmin edən İspaniya son turda 3-cü yerin sahibi Maltanı qəbul edəcək.
Rusiyalı futbol eksperti Maksim Salivon Melilyada baş tutacaq qarşılaşma ilə bağlı fikirlərini bildirib. Mütəxəssis ispanların bu görüşdə rəqibi önündə amansız olacağını proqnozlaşdırıb:
Komandalar artıq ötən il rəsmi yarışda üz-üzə gəlib. Bu, tərəflər arasında yeganə qarşılaşma idi. İspaniya rəqibini 5:0 hesabı ilə üstələmişdi. Bukmekerlər üçün bugünkü matç səmərəsiz sayılır. Çünki ispanlar aşkar favoritdir və qələbəsinə şübhə yoxdur. Maltanın səfərdə bir qol vurması belə, sürpriz hesab edilir. Bu üzdən Qol/Qol riskli variant olar.
Böyükhesablı qələbələri adiləşdirən İspaniyanın gəncləri təvazökar rəqibinə də eyni aqibəti yaşadacaq. İspaniya öz yaş qrupunda regionun ən güclü komandalarından biri kimi çıxış edəcək. Güclər qeyri-bərabərdir. Pireneylər meydana hansı heyətlə çıxır-çıxsın, nəticə dəyişməyəcək. Ev sahiblərinin böyükhesablı qələbə qazanacağını düşünürəm.
Proqnozum: Fora 1 (-2,5)
- A millinin Malta və San Marino ilə oyunlarının hakim təyinatları bəlli oldu
- Azərbaycan – Macarıstan: Açıq məşq və mətbuat konfransı
- Azərbaycan - Malta: Açıq məşq və mətbuat konfransı
- Futzal üzrə UEFA Çempionlar Liqasının 2026/2027 mövsümünün reqlamenti müəyyənləşib
- Yuxusuz gecələr başlayır: Dünya çempionatında kim favoritdir?